SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi Tehrana köçürüldü

2026.05.11, 10:13
Nərgiz Məhəmmədi Tehrana köçürüldü

Zəncan həbsxanasında saxlanılan və bir neçə xəstəlikdən, o cümlədən ürək çatışmazlığından əziyyət çəkən hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi vəziyyətinin kəskinləşməsindən sonra Tehrana köçürülüb.

Gunaz.tv

Bu barədə onun vəkili Mustafa Nili məlumat yayıb.

"Çoxsaylı xəstəliklər səbəbindən Zəncan həbsxanasından xəstəxanasına köçürülən siyasi məhbus bu gün həbs cəzası təxirə salınaraq tibbi məzuniyyətə göndərilib",- vəkil bildirib.

Bundan əvvəl Zəncan həbsxanasının həkimləri Məhəmmədinin tibbi məzuniyyətə göndərilməsi və xəstəxanada müalicə olunması barədə rəy versələr də, İran məhkəməsi bununla razılaşmamışdı.

Beynəlxalq insan haqları təşkilatları və bəzi Qərb dövlətlərinin Məhəmmədinin vəziyyəti ilə bağlı bəyanat və çaöırışlarından, həmçinin hüquq müdafiəçinin xəstəliyinin şiddətlənməsindən sonra, onun xəsətxanaya kpçürülməsinə razılıq verilib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi son dəfə ötən il dekabrın 12-də ofisində ölü tapılan vəkil Xosrov Alikurdinin xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar