SON XƏBƏRLƏR

Əlimuradi Urmu gölü ilə bağlı paylaşım etdi

2026.05.11, 10:49
Əlimuradi Urmu gölü ilə bağlı paylaşım etdi

Güeyli rejissor Məhəmməd Əlimuradi Urmu gölünün son durumu ilə bağlı paylaşım edib.

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında yazıb.

Müharibə və internetin kəsilməsindən keçən müddət ərzində ilk paylaşımını edən Əlimuradi yazıb:

"Uzun zamandan sonra dünyaya salam…
Halımız hələ də tam yaxşı deyil , savaşın ardından çox ağır və acı günlər yaşadıq. Amma bütün bu qaranlığın içində bir yaxşı xəbər var: yağışların nəticəsində URMU GÖLÜ yenidən canlanmağa başlayıb".

Son həftələr intensiv yağıntılardan sonra Urmu (Urmiya) gölündə mövcud olan su miqdarı 3 milyard 500 milyon kubmetrə çatıb və bu ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

Xatırladaq ki, sahəsinə görə Urmu gölünün maksimum su həcmi 30 milyard kubmetr, orta su həcmi isə 15 milyard kubmetr olmalıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar