Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə AB Xarici İşlər Şurasının iclasından əvvəl bildirib.
Kallasın sözlərinə görə, AB İran ətrafındakı vəziyyətin diplomatik yolla nizamlanmasını dəstəkləməyə davam edir və vasitəçilər, eləcə də Ərəb körfəzi ölkələri ilə məsləhətləşmələr aparır.
"Biz diplomatik həlli dəstəkləyirik və iki tərəf arasında vasitəçilik edən ölkələrlə əməkdaşlıq edirik", - AB-nin baş diplomatı bildirib.
O vurğulayıb ki, AB-nin narahatlığı yalnız İranın nüvə proqramı ilə bağlı deyil: "Söhbət təkcə nüvə problemindən getmir, hansı ki, bu məsələdə biz artıq öz təcrübəmizi təklif etmişik, çünki nüvə sazişi üzrə danışıqlarda iştirak etmiş mütəxəssislərimiz var. Bu, həm də İranın qonşu ölkələr üçün yaratdığı digər təhdidlərlə – proksi-qruplar, raket proqramı, eləcə də Avropadakı hibrid və kiberfəaliyyətlə bağlı məsələdir".
Onun sözlərinə görə, AB özünü Ərəb körfəzi ölkələrinin təhlükəsizlik arxitekturasının bir hissəsi kimi görür:
"Biz müəyyən bir məqamda Körfəz ölkələrinin təhlükəsizlik arxitekturasının bir hissəsi ola biləcəyimizi müzakirə edirik, çünki bu regionu biz bilavasitə qonşu region kimi görürük".
Kallas əlavə edib ki, müharibənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi birinci dərəcəli vəzifə olaraq qalır.
C