SON XƏBƏRLƏR

İranda 35 milyon insan su çatışmazlığı ilə üz-üzədir

2026.05.11, 13:45
İranda 35 milyon insan su çatışmazlığı ilə üz-üzədir

İranın su sənayesi üzrə sözçüsü İsa Bozoqzadə bildirib ki, ölkədə təxminən 35 milyon insan su çatışmazlığı yaşayır.

Gunaz.tv

O, su anbarlarında ehtiyatların yaxşılaşmasına baxmayaraq, suya qənaətin hələ də zəruri olduğunu vurğulayıb.

Bozorqzadə İranın “rütubətli dövrə” daxil olması ilə bağlı iddiaları rədd edərək deyib ki, ölkə üzrə yağıntı səviyyəsi normaya yaxın olub və uzunmüddətli orta göstəricidən cəmi təxminən 2% yüksəkdir.

O bildirib ki, Tehran, Qəzvin, Əlburz, Semnan, Qum, Yəzd, Mərkəzi və İsfahan daxil olmaqla 11 əyalətdə yağıntılar normadan aşağı səviyyədə qalır və ən çox zərər çəkən bölgələrdən biri də Tehrandır.

Bozorqzadənin sözlərinə görə, su idarəçiliyi yerli səviyyədə həyata keçirilməlidir, çünki bir əyalətdə güclü yağışların yağması digər böyük şəhərlərdəki su çatışmazlığı problemini həll etmir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar