SON XƏBƏRLƏR

Tramp: İranın təklifi axmaqcadır

2026.05.11, 22:16
Tramp: İranın təklifi axmaqcadır

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Donald Tramp İranın müharibənin başa çatdırılması üçün təqdim etdiyi yeni təklifləri “axmaqca” və “tamamilə qəbuledilməz” adlandırıb.

Tramp bazar ertəsi Ağ Evdə bildirib ki, İranın yeni planında nüvə silahından imtina məsələsinə ümumiyyətlə toxunulmayıb və buna görə də bu təklif qəbul edilə bilməz.

O, çıxışının bir hissəsində İranın təkliflərini “zibil” adlandırıb və sənədi tam oxumadığını deyib.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, İranla bağlı dəqiq planı var və bu plan İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdan ibarətdir.

Tramp İran hakimiyyəti daxilində fikir ayrılıqlarına da toxunaraq bildirib ki, hazırda “mötədillər” razılaşma və müharibənin bitməsini istəyirlər, “dəli olanlar” isə son ana qədər döyüşmək niyyətindədir.

O əlavə edib ki, İran və ABŞ arasında əldə olunan atəşkəs “güclə ayaqda saxlanılır” və vəziyyət hələ də olduqca kövrəkdir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar