SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb

2026.05.12, 19:26
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə telefonla zəng edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.

Məlumata görə, telefon danışığı zamanı hər iki lider Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq və strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər.

Tərəflər enerji, ticarət və xalqlar arasında əlaqələr daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər.

Telefon danışığı zamanı tərəflər regional proseslər, xüsusilə də Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Pakistanın vasitəçilik rolunu və münaqişə tərəfləri arasında atəşkəsin təmin olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Dövlət başçısı bu fəaliyyətin Pakistan rəhbərliyinə beynəlxalq səviyyədə olan güclü etimadın göstəricisi olduğunu bildirib.

Tərəflər əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Pakistan Baş naziri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Dövlət başçısı dəvəti minnətdarlıqla qəbul edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar