SON XƏBƏRLƏR

Zəncanda Azərbaycanlı fəal Məhəmməd Maleki həbs edilib

2026.05.13, 11:34
Zəncanda Azərbaycanlı fəal Məhəmməd Maleki həbs edilib

Azərbaycanlı türk fəal Məhəmməd Maleki Zəncandakı evində saxlanılıb və naməlum yerə aparılıb.

Gunaz.tv

Onun saxlanılmasından 5 gündən çox vaxt keçməsinə baxmayaraq, taleyi barədə hələ də heç bir məlumat yoxdur.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Məhəmməd Malekinin saxlanılması üçün gələn məmurlar ailəsini təhdid edərək “artıq Məhəmmədi görməyəcəksiniz” deyiblər. Hazırda ailə saxlanılan fəalın həyatı ilə bağlı ciddi narahatlıq keçirir.

Əldə olunan məlumatlara əsasən, Məhəmməd Malekini saxlayan qurum Zəncan Kəşfiyyat İdarəsi olub. Bildirilir ki, onun saxlanılması zorakılıqla müşayiət olunub və o, məmurlar tərəfindən döyülüb.

Məhəmməd Maleki keçmiş siyasi məhbusdur. O, daha əvvəl “rejim əleyhinə təbliğat”, “milli təhlükəsizliyə qarşı fəaliyyət məqsədilə toplaşma və sövdələşmə” və “ölkə təhlükəsizliyini pozmaq məqsədilə qrup yaratmaq” ittihamları ilə 10 il 3 ay həbs cəzasına məhkum edilmişdi.

O, bundan əvvəl də Zəncan şəhərində “qurğuşun və sink mədəninin yaratdığı hava çirkliliyinə” qarşı keçirilən etirazlarla bağlı saxlanılmışdı.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar