SON XƏBƏRLƏR

WSJ: İran müharibəsi zamanı Mossad rəhbəri BƏƏ-yə səfər edib

2026.05.13, 14:10
WSJ: İran müharibəsi zamanı Mossad rəhbəri BƏƏ-yə səfər edib

"The Wall Street Journal" qəzetinin çərşənbə günü yayımladığı məlumata görə, İsrail kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea İranla müharibə zamanı əməliyyatları koordinasiya etmək məqsədilə ən azı iki dəfə gizli şəkildə BƏƏ-yə səfər edib.

Gunaz.tv

Məlumata əsasən, Barnea mart və aprel aylarında BƏƏ-də olub.

Hesabatda qeyd edilir ki, müharibə dövründə İsrail və BƏƏ arasında güclü təhlükəsizlik koordinasiyası mövcud olub. İsrailin BƏƏ-yə İran tərəfindən atılan raket və dronlara qarşı müdafiə məqsədilə “Dəmir Qübbə” (Iron Dome) sistemləri və hərbi heyət göndərdiyi bildirilir.

Eyni zamanda iddia olunur ki, BƏƏ də İran ərazisində əməliyyatlar həyata keçirib və Ərəb körfəzində yerləşən İranın Lavan adasındakı neft emalı müəssisəsinə hücum təşkil edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar