SON XƏBƏRLƏR

İnternetə görə İranda daha 3 nəfər həbs edildi

2026.05.13, 15:19
İnternetə görə İranda daha 3 nəfər həbs edildi

SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları Kohgüuliye və Boyerəhməd əyalətində hökumət əleyhinə qruplarla əlaqə qurmaq üçün Starlink-dən istifadə etdiklərinə görə 3 nəfəri həbs edib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, onlar müəyyən yerlərin şəkillərini çəkdiklərinə və şəkilləri xarici mediaya göndərdiklərinə görə həbs ediliblər.

Saxlanılanlardan bir neçə döyüş silahının da götürüldüyü bildirilib.

Saxlanılanların kimliyi barədə açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar