SON XƏBƏRLƏR

Ərdəbil əyalətinin Möil kəndi beynəlxalq qeydiyyata alınacaq

2026.05.15, 13:06
Ərdəbil əyalətinin Möil kəndi beynəlxalq qeydiyyata alınacaq

Ərdəbil əyalətinin Xiyav (Meşgin) şəhərinin Möil kəndinin beynəlxalq qeydiyyata alınması üçün iş aparılır.

Gunaz.tv

Bu haqda əyalətin Mədəni İrs Təşkilatının rəsmisi Yəhya Nəccar Qabel məlumat yayıb.

"Möil turizm kəndi, 2026-cı ildə dünyanın ən yaxşı turizm kəndləri siyahısına daxil ediləcək İranın səkkiz namizəd kəndindən biridir",- o bildirib.

Onun sözlərinə görə, kəndin imkanlarını ölkə və beynəlxalq səviyyədə tanıtmaq, eləcə də turizm sənayesini inkişaf etdirmək üçün müxtəlif tədbirlər planlaşdırılır və həyata keçirilir. 

Qeyd edək ki, Möil kəndinin 3000 ildən çox yaşı var, kəndin mərkəzində Möil isti su bulağı, ətrafında tarixi və təbiət abidələrinin olması, kəndi Ərdəbil əyalətinin turizm mərkəzlərindən biri kimi məşhurlaşdırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar