SON XƏBƏRLƏR

İran məhkəməsi əfqanistanlı qıza ağır həbs cəza verdi

2026.05.16, 12:36
İran məhkəməsi əfqanistanlı qıza ağır həbs cəza verdi

İran məhkəməsi Rəzəvi Xorasan əyalətinin Fəriman şəhərində yaşayan Əfqanistan əsilli 21 yaşlı Zəhra Musəvini 10 il 6 ay azadlıqdan məhrum edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, yanvar etirazlarında iştirak etdiyinə görə cəzalandırılıb.

Musəvi, "qrup təşkil etmək", "yandırıcı maddələrin düzəldilməsini öyrətmək" və "milli təhlükəsizliyə zərbə vurmaq"da günahlandırılıb.

Əfqanistanlı gənc cari ilin yanvar ayında həbs edilib və hazırda Məşhədin Vəkilabad həbsxanasında saxlanılır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar