SON XƏBƏRLƏR

BƏƏ dron hücumundan sonra nüvə stansiyasının təhlükəsiz olduğunu açıqladı

2026.05.17, 16:36
BƏƏ dron hücumundan sonra nüvə stansiyasının təhlükəsiz olduğunu açıqladı

Gunaz.tv

BƏƏ rəsmiləri Barakah nüvə elektrik stansiyası yaxınlığında baş verən dron hücumundan sonra nüvə obyektinin təhlükəsizliyində heç bir problem yaranmadığını açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri hücumdan sonra hadisənin ölkənin nüvə infrastrukturunun təhlükəsizliyinə təsir etmədiyini bildirib.

Əbu-Dabi media ofisi açıqlamasında qeyd edib: “Heç bir yaralanma halı qeydə alınmayıb və radiasiya təhlükəsizliyi səviyyəsinə heç bir təsir olmayıb. Bütün ehtiyat tədbirləri görülüb və əlavə məlumat əldə olunan kimi açıqlanacaq.”

BƏƏ Federal Nüvə Tənzimləmə Qurumu da vurğulayıb: “Yanğın nüvə stansiyasının təhlükəsizliyinə və ya həyati sistemlərinin hazırlıq səviyyəsinə təsir göstərməyib və bütün enerji blokları normal fəaliyyətini davam etdirir.”

Bu açıqlama Tehran ilə Əbu-Dabi arasında son həftələrdə artan siyasi və təhlükəsizlik gərginliyi fonunda yayılıb. BƏƏ daha əvvəl İranı enerji və iqtisadi infrastrukturuna qarşı hücumlarda rol oynamaqda ittiham etmişdi.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar