SON XƏBƏRLƏR

Azərbaycanlı qızlar İranda çempion oldular

2026.05.19, 09:03
Azərbaycanlı qızlar İranda çempion oldular

Şərqi Azərbaycan Triatlon Komandasının yeniyetmə qızları İran milli çempionatında birinci yeri tutub.

Gunaz.tv

Bu haqda idman mediası məlumat yayıb.

Gənclər komanda kateqoriyasında Şərqi Azərbaycan 2:07:46 nəticə ilə çempion olub. İsfahan komandası 2:10:48 və Semnan komandası 2:17:55 nəticə ilə ikinci və üçüncü yerləri tutublar.

Yeniyetmələr yaş kateqoriyasının fərdi yarışlarında Şərqi Azərbaycan komandasından Rəha Hadi 39:14 nəticə ilə birinci ölkə çempionu olub.

Qeyd edək ki, bu yarışlarda ölkənin 15 əyalətindən 100-dən çox idmançı iştirak edib.

Onlar 375 metr üzgüçülük, 9 kilometr velosiped sürmə və 2,5 kilometr qaçış yarışlarında özlərini sınayıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar