SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda 19 nəfər həbs edildi

2026.05.19, 13:59
Sistan və Bəlucistanda 19 nəfər həbs edildi

İranın Sistan və Bəlucistan əyalətində 19 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) məlumat yayıb.

Həmin şəxslərin "dörd təkfirçi terror qruplaşması"nın üzvləri olduğu bildirilib.

Nazirliyin iddiasına görə, həbs edilənlər "İsrail və Amerikanın birbaşa təlimatı ilə ölkədə milli təhlükəsizliyə qarşı hərəkətlər" etməyə hazırlaşırlarmış.

Adı açıqlanmayan şəxslərdən bir neçə döyüş silahı və sursatın götürüldüyü qeyd olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar