SON XƏBƏRLƏR

İranda hava hücumundan müdafiə sinaqları- Mülki şəxslər yaralanıb

2026.05.19, 18:06
İranda hava hücumundan müdafiə sinaqları- Mülki şəxslər yaralanıb

İranın Xuzistan əylətinin Əndimeşk şəhərində naməlum cismin yaşayış məntəqəsinə düşməsi nəticəsində 4 nəfər yaralanıb.

Gunaz.tv

Bu barədə əyalət valiliyi məlumat yayıb.

Bununla yanaşı bir mağaza və iki avtomobilin xəsarət aldığı bildirilib.

Rsəmilər naməlum cismin dron və ya mərmi olduğu barədə açıqlama veriməyiblər.

Bu, ərazidə hava hücumundan müdafiə sistemlərinin fəallaşmasından sonra baş verib.

Rəsmilər Əndimeşk şəhəri üzərində səmada son zamanlar eşidilən atəş səslərinin hava hücumundan müdafiə sınaqları ilə əlaqədar olduğunu bildiriblər.

Hadisənin hava hücumundan müdafiə sinaqları zamanı mərmilərin şəhərə düşməsi nəticəsində baş verdiyi ehtimal olunur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar