SON XƏBƏRLƏR

Əraqçı Nyu-York-a gedə bilər- Bəqai

2026.05.20, 16:49
Əraqçı Nyu-York-a gedə bilər- Bəqai

İranın xarici işlər naziri Abbas Əraqçı BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizlik üzrə iclasına dəvət olunub, ancaq onun iştirakı hələlik dəqiq deyil.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü ismayıl Bəqai deyib.

"Çinin Təhlükəsizlik Şurasında sədrlik edəcəyi bu iclas mayın 26-da keçiriləcək, lakin xarici işlər nazirinin sıx iş qrafiki nəzərə alınmaqla, səfərlə bağlı yekun qərar hələ verilməyib",- o bildirib.

Bəqainin bu açqlaması, parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əli Xəzrianın televiziya proqramında Əraqçinin Hörmüz boğazı ilə bağlı danışıqlar aparmaq üçün Nyu-Yorka mümkün səfərini tənqid etməsindən sonraya təsadüf edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar