SON XƏBƏRLƏR

Reuters: Çin Rusiyaya gizli hərbi dəstək verib

2026.05.20, 17:53
Reuters: Çin Rusiyaya gizli hərbi dəstək verib

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Reuters agentliyi üç Avropa kəşfiyyat qurumunun hesabatlarına istinadən xəbər verib ki, Çin ordusu 2025-ci ilin sonlarında gizli şəkildə öz ərazisində təxminən 200 rus hərbçisinə təlim keçib.

Məlumata görə, bu hərbçilərin bir hissəsi daha sonra Ukrayna müharibəsinə qayıdıb.

Hesabatda bildirilir ki, gizli təlimlərin əsas diqqət mərkəzi pilotsuz uçuş aparatları ilə müharibə taktikaları olub.

Bu təlimlərin Rusiya ilə Çin arasında 2 iyul 2025-ci ildə Pekində yüksək rütbəli hərbi rəsmilər tərəfindən imzalanmış əməkdaşlıq razılaşması çərçivəsində keçirildiyi qeyd olunur.

Bu məlumat, Ukrayna müharibəsi fonunda Pekinlə Moskva arasında hərbi əməkdaşlığın dərinləşdiyinə dair yeni iddiaları gündəmə gətirib.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar