SON XƏBƏRLƏR

İranda silahlı qruplaşma üzvləri edam edildi

2026.05.21, 12:09
İranda silahlı qruplaşma üzvləri edam edildi

Bu gün səhər saatlarında silahlı qruplaşma üzvü olduqları bildirilən Ramin Zelle və Kərim Mərufpur adlı iki məhbus edam edilib.

Gunaz.tv

Bu barədə İranın "Mizan" saytı məlumat yayıb.

Onların "separatçı qruplaşma üzvülük" və "silahlı üsyan"da günahlandırıldıqları bildirilib.

Məhkəmə orqanlarının iddiasına görə, bu şəxslər İranın qərbində SEPAH komandirinə hücum planlaşdırmaqla əlaqədar həbs olunublar.

"Mizan" saytı həmçinin yazıb ki, həmin şəxslər silah saxladıqlarını və silahlı əməliyyatların həyata keçirilməsində əməkdaşlıq etdiklərini etiraf ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar