SON XƏBƏRLƏR

İran hicaba görə yenə də cəzalandırır; Dövlət mediası hədəfdə (FOTO)

2026.05.21, 21:12
İran hicaba görə yenə də cəzalandırır; Dövlət mediası hədəfdə (FOTO)

İRNA rəhbəri hicabsız qadın şəkillərinə görə prokurorluğa çağırıldı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran məhkəmə sistemi dövlət xəbər agentliyi İRNA-nın məsul rəhbərini iranlı yazıçı Sara Kənaninin hicabsız şəkillərinin yayımlanmasına görə Mədəniyyət və Media Prokurorluğuna çağırıb. Bu addım İranda qadınlara qarşı məcburi hicab siyasətinin və təzyiqlərin davam etdiyini bir daha göstərib.

İran məhkəmə hakimiyyətinin yaydığı açıqlamada deyilir: “Ölkənin islam qanun və qaydalarına riayət etməyən bir qadının şəkillərinin İRNA tərəfindən yayımlanmasından sonra bu media qurumunun məsul rəhbəri izahat vermək üçün prokurorluğa çağırılıb.”

Açıqlamada həmçinin bildirilib ki, şəkillərin silinməsi üçün İRNA-ya paylaşım anında xəbərdarlıq edilib və agentlik bir neçə saat sonra həmin görüntüləri saytından silib.

Yayımlanan şəkillərin Sara Kənaniyə aid olduğu, onun evində və hökumətin təsdiqlədiyi hicab qaydalarına uyğun olmayan şəkildə çəkildiyi bildirilir. Bu görüntülər fotoreportaj formatında yayımlanmış və sosial şəbəkələrdə reaksiyalara səbəb olmuşdu.

Sara Kənani ABŞ və İsrailin İrana qarşı son müharibəsi zamanı müvəqqəti olaraq valideynsiz qalmış bir körpəyə baxmışdı.

Dövlət mediasının rəhbərinin bir qadının şəxsi məkanda çəkilmiş görüntülərinə görə sorğu-suala çəkilməsi, İranda qadınların geyimi üzərində dövlət nəzarətinin və siyasi təzyiqin davam etdiyini göstərir.

GünAzTV
R.G

Hicabsız qadınların nümayişi; İran rejimin yeni təbliğat aləti

2026.04.28, 21:10

Hicabsız qadınların nümayişi; İran rejimin yeni təbliğat aləti

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar