SON XƏBƏRLƏR

Urmuda “Zəri Xanım” sənədli filminin təqdimatı olacaq

2026.05.23, 10:57
Urmuda “Zəri Xanım” sənədli filminin təqdimatı olacaq

Əhməd İbadinin rejissorluğu ilə yenidən işlənmiş “Zəri Xanım” sənədli filmi Azərbaycanın mədəniyyət paytaxtı sayılan Urmiyada nümayiş etdiriləcək.

Gunaz.tv

Film Güney Azərbaycanın əzəməti və müqaviməti mövzularına fokuslanaraq hazırlanıb.

Bu əsər Azərbaycan xalqının qeyrət və müqavimət dastanını nəql edərək, yazılı tarix ilə bölgə insanlarının mübarizə ruhu arasındakı bağı nümayiş etdirməyə çalışır.

Sənədli filmin çəkilişləri 2025-ci ildə Xoy şəhərinin tarixi Daş Qapısından başlayıb və Qərbi Azərbaycan ostanının müxtəlif tarixi məkanlarına bir neçə səfərdən sonra yenidən Xoy şəhərində başa çatıb.

Filmdə 1918-ci şəmsi ilində Xoy şəhərinin igid qadınlarından biri olan Zəri Xanımın mübarizə və müqavimət fəaliyyəti, həmin dövrün tarixi hadisələri və Qərbi Azərbaycanın erməni hücumlarına qarşı xalq müqaviməti təqdim olunur.

 

Ş.A

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar