SON XƏBƏRLƏR

Cenevrədə iranlı işçilərə dəstək aksiyası keçiriləcək

2026.05.23, 12:23
Cenevrədə iranlı işçilərə dəstək aksiyası keçiriləcək

Beş Fransa həmkarlar ittifaqı İran işçilərini dəstəkləmək üçün İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının qərargahı qarşısında mitinq keçirəcəklər.

Gunaz.tv

Bu barədə onlar yaydıqları bəyanatda bildiriblər.

Aksiyaçılar bəyanatda İrandakı istismar olunan, rejimin zülmünə qarşı mübarizə aparan və müharibənin zorakılığına dözən bütün işçilərlə həmrəyliklərini ifadə ediblər.

Onlar həmçinin toplantının məqsədinin "Beynəlxalq Əmək Təşkilatının illik konfransında İslam Respublikası nümayəndələrinin iştirakını pisləmək" olduğunu bildiriblər.

İşçi hərəkatı fəalları İrn hökumətinin fərqli düşünənlərə qarşı repressiyalarını pisləyib, siyasi məhbusların azad edilməsini, edamlara son qoyulmasını tələb ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar