SON XƏBƏRLƏR

İranda müharibəyə görə daha 15 nəfər həbs edildi

2026.05.25, 09:49
İranda müharibəyə görə daha 15 nəfər həbs edildi

İranın Fars əyalətində müharibə və təhlükəsizlik ittihamları ilə bağlı daha 15 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə əyalətin Təhlükəsilik İdarəsi məlumat yayıb.

Məlumatda "saxlanılanların son müharibə zamanı hökumət əleyhinə qrupların dəstəyi ilə ölkənin təhlükəsizliyini pozmağa cəhd göstərdkləri" bildirilib.

Axtarış zamanı onlardan silah, döyüş sursatı və beş Starlink peyk cihazı da daxil olmaqla əşyalar aşkar edilərək müsadirə edilib.

Həbs edilənlərin kimliyi barədə əlavə məlumat verilmədən onların "terror aktları törətmək niyyətində olduqları" iddia edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar