SON XƏBƏRLƏR

Əli Xameneinin ailəsi üçün üç ay sonra yas mərasimi keçiriləcək

2026.05.27, 21:11
Əli Xameneinin ailəsi üçün üç ay sonra yas mərasimi keçiriləcək

Gunaz.tv

İsrail və ABŞ-ın birgə hücumu nəticəsində İran İslam Respublikasının lideri Əli Xameneinin və ailə üzvlərinin öldürülməsindən təxminən üç ay sonra, İran mediası Əli və Müctəba Xamenei ailəsi üçün bu həftə Rey şəhərində yerləşən Əbdüləzim Həsəni məscidində yas mərasimi keçiriləcəyini açıqlayıb.

Yayılan elana əsasən, mərasim Əli Xameneinin qızı Büşra Hüseyni Xamenei, onun həyat yoldaşı Misbahülhüda Baqiri, Müctəba Xameneinin həyat yoldaşı Zəhra Həddad Adil və Əli Xameneinin nəvəsi Zəhra Məhəmmədi Gülpayqani üçün təşkil olunacaq.

Əli Xamenei 28 fevralda ailəsinin bir hissəsi və yaxın çevrəsi ilə birlikdə İsrail və ABŞ-ın birgə hücumları zamanı öldürülüb.

Hadisədən üç ay keçməsinə baxmayaraq, onun cənazə mərasimi hələ də keçirilməyib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar