SON XƏBƏRLƏR

Buşehr AES-ə qayıdış təxirə salındı- "Rusatom"

2026.05.28, 13:46
Buşehr AES-ə qayıdış təxirə salındı- "Rusatom"

“Rusatom” İran ətrafındakı vəziyyətlə əlaqədar Buşehr Atom Elektrik Stansiyasına mütəxəssislərin qayıdışını müvəqqəti olaraq təxirə salıb.

Gunaz.tv

Bu barədə “Rusatom”un baş direktoru Aleksey Lixaçev bildirib.

Onun sözlərinə görə, qərar danışıqlar platformalarından daxil olan ziddiyyətli məlumatlar və İran ərazisinə davam edən zərbələr fonunda qəbul edilib:

“Vəziyyət Rusiya rəhbərliyinə məruzə olunub və qərarın düzgünlüyü təsdiqlənib. Hazırda stansiyadan 713 nəfərin təxliyə edilib, ərazidə yalnız təhlükəsizlik və koordinasiya işlərinə cavabdeh az sayda əməkdaş qalıb. Vəziyyət sabitləşən kimi mütəxəssislər fəaliyyətə qayıtmağa hazırdır”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar