SON XƏBƏRLƏR

Sanksiyaları aşan gizli neft şəbəkəsi; İranın gizli neft marşrutu

2026.05.28, 22:50
Sanksiyaları aşan gizli neft şəbəkəsi; İranın gizli neft marşrutu

İran nefti gizli yollarla Çinə daşınır.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, “Wall Street Journal” qəzeti İran neftinin Çinə daşınması üçün istifadə olunan gizli şəbəkə barədə məlumat yayıb. Qəzetin yazdığına görə, bu şəbəkə Malayziya sahilləri yaxınlığında fəaliyyət göstərir və ABŞ sanksiyalarını aşmağa xidmət edir.

Məlumata əsasən, İran nefti daşıyan tanker gəmiləri Malayziya sahilləri yaxınlığında adlarını və qeydiyyat nömrələrini gizlədir, bəzi hallarda isə onların üzəri qara boya ilə örtülür ki, izlənilməsi çətinləşsin.

Daha sonra İran nefti “gəmidən gəmiyə köçürmə” üsulu ilə başqa tankerlərə ötürülür. Bu yolla yükün əsl mənşəyinin gizlədilməsi məqsəd qoyulur.

“Wall Street Journal” yazır ki, bu neft yükləri sonda Çindəki emal zavodlarına çatdırılır. Çin isə İran neftinin ən böyük alıcılarından biri olaraq qalır.

Qəzet bu gizli nəqliyyat şəbəkəsini Tehranın ABŞ sanksiyalarını aşmaq üçün istifadə etdiyi ən mühüm vasitələrdən biri kimi qiymətləndirib və bildirib ki, İran bu yolla hələ də yüz milyonlarla dollar xarici valyuta gəliri əldə edir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar