SON XƏBƏRLƏR

SEPAH iki mülki şəxsi güllələdi

2026.05.29, 10:49
SEPAH iki mülki şəxsi güllələdi

SEPAH-ın kəşfiyyat bölməsinin əməkdaşları Kirmanşah əyalətinin Dalahu rayonunda iki qardaşı güllələyərək öldürüb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Meysəm və Müctəba Veysi adlı iki qardaşın dünən Qala Kəhnuş kəndində öldürüldükləri bildirilib.

Məlumata görə, adı çəkilən şəxslər yanvar etirazlarında işirak etdiklərinə görə axtarışda olublar.

Qardaşların meyii ailələrinə verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar