SON XƏBƏRLƏR

Tehran məhkəməsi etirazçı bacılara ağır həbs cəzası verdi

2026.05.29, 11:02
Tehran məhkəməsi etirazçı bacılara ağır həbs cəzası verdi

Yanvar etirazları zamanı həbs edilən və Evin həbsxanasında saxlanılan Kimiya və Tara Davudi bacılarına ağır həbs cəzası verilib.

Gunaz.tv

Bu barədə onların ailələrinə yaxın mənbələr məlumat yayıb.

Məlumata görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Kimiya Davudini 10 il, Tara Davudini isə 6 il müddətinə azadlıqdan məhrum edib.

Onlar "düşmən qruplar və şəbəkələrlə əlaqə və ölkənin təhlükəsizliyinə qarşı gizli sövdələşmə", "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və gizli əməkdaşlıq etmək" və "hökumətə qarşı təbliğat aparmaq"da günahlandırılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar