İsrail qəzeti bildirib ki, bu bölmə David Barnea Mossad rəhbəri olduqdan sonra, 2021-ci ildə yaradılıb. Bölmə ilkin mərhələdə İranın yüksək vəzifəli rəsmilərini təsir mövqelərindən uzaqlaşdırmaq üçün istifadə olunub.
Yalnız “O.” adı ilə təqdim olunan keçmiş şöbə rəhbəri Israel Hayom-a deyib ki, bu cür əməliyyatlar “sui-qəsddən daha ucuz və daha sadədir” və Mossad artıq İranda bir neçə yüksək vəzifəli şəxsin vəzifədən uzaqlaşdırılmasına səbəb olub.
O bildirib ki, İran rejiminin devrilməsi Mossadın əsas missiyalarından birinə çevrilib və son əməliyyatların tamamlanmış kampaniya deyil, uzunmüddətli prosesin bir hissəsi olduğunu vurğulayıb.
“Biz İranla işimizi bitirməmişik. Biz hələ yeni başlayırıq,” — deyə o bildirib.
"Israel Hayom" həmçinin son vaxtlar Barnea ilə danışmış mənbələrə istinadən yazıb ki, Mossad rəhbəri Amerika ilə İran arasında İran iqtisadiyyatının bərpasına imkan verəcək razılaşma imzalanmazsa və blokada davam edərsə 2026-cı ilin sonuna qədər İslam Respublikasının çökə biləcəyini hesab edir.
Oxumaq üçün: "Secret Mossad branch revealed"
- Cəfər Cəfərli