SON XƏBƏRLƏR

İranda daha iki etirazçı edama məhkum edildi

2026.05.29, 12:26
İranda daha iki etirazçı edama məhkum edildi

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi 38 yaşlı İsmayıl Ramazanpur və 30 yaşlı Arman Mərifətini edam cəzasıba məhkum edib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Hər iki şəxsin yanvar ayında keçirilən etiraz aksiyalarında həbs edildikləri bildirilib.

Məhkumlar "müharibə", "İslam Respublikasına qarşı mübarizə", "ölkənin daxili təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq" və "İslam Respublikası sisteminə qarşı çıxmaq məqsədilə ictimai əmlakı qəsdən məhv etmək"də günahlandırılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar