SON XƏBƏRLƏR

Türkiyə yaxınlığında tankerlərə PUA hücumu

2026.05.29, 19:30
Türkiyə yaxınlığında tankerlərə PUA hücumu

Türkiyə sahilləri yaxınlığında üç neft tankeri pilotsuz aparatlarla hədəf alındı.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Qara dənizdə və Türkiyənin şimal sahilləri yaxınlığında üç neft tankeri pilotsuz aparat hücumuna məruz qalıb.

Bu barədə Reuters agentliyi “Tribeca” gəmiçilik agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Palau bayrağı altında üzən “James II” neft tankeri Türkiyənin Türkəli bölgəsindən təxminən 80 kilometr şimalda hücuma məruz qalıb.

Həmçinin Sierra Leone bayrağı altında üzən “Altura” və “Velora” tanker gəmiləri də yaxın ərazidə gəmidən-gəmiyə yük köçürülməsi əməliyyatı zamanı hədəf alınıb.

Hadisədən sonra Türkiyə Sahil Mühafizəsi bölgəyə patrul qayıqları göndərib.

Məlumatda qeyd olunur ki, hücuma baxmayaraq, tanker ekipajlarının bütün üzvləri sağdır və xəsarət alan olmayıb.


GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar