SON XƏBƏRLƏR

İranda artıq ərzaq və müalicə də nisyə alınır

2026.05.29, 20:13
İranda artıq ərzaq və müalicə də nisyə alınır

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İran hakimiyyəti inflyasiyanın nəzarət altında olduğunu iddia etsə də, ölkə mediasında yayımlanan hesabatlar əhalinin artan yaşayış xərcləri qarşısında ciddi çətinliklərlə üzləşdiyini göstərir.

Məlumatlara əsasən, bir çox ailə artıq gündəlik ehtiyaclarını qarşılamaq üçün nisyə və kreditlə alış-veriş etməyə məcbur olur. Bu isə əhalinin böyük hissəsinin gəlirlərinin yaşayış xərclərini ödəməyə kifayət etmədiyini ortaya qoyur.

“Xəbər Onlayn” nəşri yazır ki, əvvəllər əsasən bahalı malların alınması üçün istifadə olunan kreditli alış-veriş artıq ərzaq məhsullarına, geyimə, ayaqqabıya və hətta bəzi tibbi xidmətlərə də şamil edilir.

Eyni zamanda kirayə bazarında da vəziyyət ağırlaşır. “Dünya-ye Eqtesad” qəzetinin məlumatına görə, bu ilin ordibeheşt ayında yenilənən kirayə müqavilələrinin böyük hissəsində qiymətlər 25-30 faiz artırılıb.

Hesabatda qeyd olunur ki, bəzi ailələrdə mənzil kirayəsinin payı ümumi gəlirin 70 faizindən çoxuna çatıb.

Məlumata görə, Tehranda 60-80 kvadratmetrlik və 10 ildən az yaşı olan mənzillərin orta aylıq kirayə haqqı depozit nəzərə alınmaqla təxminən 52 milyon tümənə yüksəlib ki, bu da işləyən bir ailənin gəlirinin 70 faizindən çoxunu təşkil edir.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar