SON XƏBƏRLƏR

ABŞ İranın 1 milyard dollarını müsadirə etdi

2026.05.29, 22:56
ABŞ İranın 1 milyard dollarını müsadirə etdi

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq siyasəti çərçivəsində İranla əlaqəli 1 milyard dollar dəyərində kriptovalyuta aktivlərini müsadirə etdiyini açıqlayıb.

Bessent cümə günü bildirib ki, bu addım Donald Tramp administrasiyasının İrana qarşı həyata keçirdiyi “iqtisadi qəzəb” proqramının bir hissəsidir. Bu proqram İran və ABŞ arasında atəşkəsin əldə olunmasından sonra tətbiq edilməyə başlanıb.

O xatırladıb ki, ABŞ bundan əvvəl də İranla əlaqəli olduğu ehtimal edilən 340 milyon dollardan çox kriptovalyuta vəsaitini bloklamışdı.

ABŞ-ın maliyyə naziri vurğulayıb ki, İranla mümkün razılaşma əldə olunacağı təqdirdə belə, sanksiyaların və maliyyə məhdudiyyətlərinin ləğvi mərhələli şəkildə həyata keçiriləcək.

Bessent deyib: “Görəcəyik... aradan qaldırılacaq hər şey yavaş-yavaş və mərhələ-mərhələ aradan qaldırılacaq.”

Bu açıqlamalar Donald Trampın İranla mümkün razılaşmanın şərtlərindən birinin dəniz blokadasının dayandırılması ola biləcəyini bildirməsindən sonra səsləndirilib. Lakin Tramp vurğulayıb ki, razılaşmanın ilk mərhələsində tərəflər arasında heç bir maliyyə mübadiləsi baş verməyəcək.

ABŞ prezidenti həmçinin İranla bağlı mümkün sazişə dair yekun qərarını cümə günü verəcəyini bildirib.

 


GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar