SON XƏBƏRLƏR

Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib

2026.05.30, 11:49
Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın  vəfat edib

Qəşqay türklərindən olan tanınmış şair və görkəmli tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib.

Gunaz.tv

Mərhum İlyas Bəhrampur Türk dili və ədəbiyyatı sahəsində tanınmış və önəmli simalardan biri idi. O, uzun illər boyunca şeir, sözlərin kökünü araşdırma, leksikologiya və ədəbi tədqiqatlar sahəsində fəaliyyət göstərib. Onun əsərləri və şeirləri sözlərin mənalarına xüsusi diqqət yetirməsi, peşəkar izahları və leksik köklərə yönəlməsi ilə Türk və Qaşqay ədəbiyyatı sevənlər arasında xüsusi yer qazanmışdı.

Mədəni və ədəbi fəallar mərhum Bəhrampuru təvazökar, dəqiq və qayğıkeş bir tədqiqatçı kimi xarakterizə edirlər. Onların sözlərinə görə, o, ustad Mərdanidən sonra türk ədəbiyyatı və söz araşdırmaları sahəsində ən davamlı fəaliyyət göstərən simalardan biri idi.

Laçın ləqəbi ilə tanınan şair Qaşqay yazılı ədəbiyyatının qorunması və inkişafında mühüm rol oynamış bir şəxsiyyət idi.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar