SON XƏBƏRLƏR

Təbrizdə İsfahanın tarixi abidələrinin bərpasına yardım yığılır

2026.06.01, 14:09
Təbrizdə İsfahanın tarixi abidələrinin bərpasına yardım yığılır

Təbrizdə İsfahanda tarixi bina və abidələrin bərpası üçün yardım yığılır.

Gunaz.tv

Bu haqda Təbizin "Azərəncümən" elektron nəşrinin sosial media hesabında məlumat yayılıb.

Başladılan yardım kompaniya çərçivəsində müharibədə həlak olan Məhəmməd Xəlilpir Həhr adlı şəxsin anasının həmin məqsədlə ziynət əşyalarını bağışladığı bildirilib.

"Təbriz və başqa Azərbaycan şəhərlərinin tarixi abidələrinin və binalarının da müharibə zamanı zədələnmələrini nəzərə alaraq, həmin yardım tədbirlərinin elə bu şəhərlərə ayrılmaması və priotetin İsfahan olması suallar doğurur",- məlumatda bildrilib.

Qeyd edək ki, ötən ay Şərqi Azərbaycan Mədəni İrs Təşkilatının yaydığı məlumata görə, əyalətdə tarixi məkanların tədqiqi və qorunması üçün yetərli vəsait olmadığı üçün, bu sahədə istənilən səviyyədə araşdırmalar aparıla bilmir.

Bildirilib ki, arxeoloji qruplar tarixi təbəqələri müəyyən etmək və əsərləri sənədləşdirmək məqsədi ilə Mərəndin Yanıq təpədə, Həştrudun Zəhhak qalası, Təbriz düzənliyindəki bəzi qədim təpələr və başqa bu kimi bir neçə yerdə qazıntı və tədqiqatlar aparırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar