SON XƏBƏRLƏR

Xəbərdarlıqlara məhəl qoymayan tanker Xark Yolunda belə vuruldu (video)

2026.06.03, 07:27
Xəbərdarlıqlara məhəl qoymayan tanker Xark Yolunda belə vuruldu (video)

ABŞ-ın raket hücumu Xark adasına gedən neft tankerini dayandırdı.

Gunaz.tv

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Amerika qüvvələri 3 iyun 2026-cı il tarixində boş neft tankerinə raket zərbəsi endirərək onun Xark adasındakı yükləmə terminalına çatmasının qarşısını alıblar.

Gunaz TV-nin məlumatına görə, CENTCOM-un yaydığı bəyanatda deyilir ki, Botsvana bayrağı altında üzən “M/T Lexie” neft tankeri ABŞ qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, 24 saatdan artıq müddətdə verilən göstərişlərə əməl etməyib.

Bəyanata əsasən, daha sonra ABŞ qırıcı təyyarəsi gəminin mühərrik bölməsinə “Hellfire” raketi ataraq onun İran istiqamətində hərəkətini dayandırıb.

CENTCOM həmçinin açıqlayıb ki, 50 gün əvvəl İran limanlarına gedən gəmilərin hərəkətinin qarşısının alınması planına başlanılıb. Bu müddətdə altı ticarət gəmisi sıradan çıxarılıb, 122 gəmi isə alternativ marşrutlara yönləndirilib.


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar