SON XƏBƏRLƏR

Keçmiş baş nazir xəstəxanaya köçürülüb

2026.06.05, 13:39
Keçmiş baş nazir xəstəxanaya köçürülüb

Ev həbsində olan İranın keçmiş baş naziri, təbrizli siyasətçi Mir Hüseyn Musəvi ürək çatışmazlığı səbəbindən xəsətxanaya köçürülüb.

Gunaz.tv

Bu haqda onun qızları məlumat yayıb.

Onun vəziyyətinin ağır olduğu, hökumətin müxalifətdə olan keçmiş baş nazirin səhhətinə və müalicəsinə laqeyd yanaşdığı bildirilib.

Mir Hüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı ölkədə keçirilmiş kütləvi etirazlardan az sonra tutulub və ev dustaqlığına məhkum ediliblər.

O, yanvar etirazları ilə bağlı yaydığı son bəyanatında hökumətin etirazçılara qarşı repressiyalarını tənqid edib və bunu böyük cinayət İran tarixinin qara səhifəsi adlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar