SON XƏBƏRLƏR

İranda xaşxaş əkini rekord həddə çatıb

2026.06.07, 20:30
İranda xaşxaş əkini rekord həddə çatıb

İranda xaşxaş əkini 246 faiz artıb.

Gunaz.tv

Gunaz TV – Son illərdə İranda qanunsuz xaşxaş əkin sahələrinin kəskin şəkildə artdığı bildirilir.

İran parlamentinin Səhiyyə və Müalicə Komissiyasının üzvü Məhəmməd Cəmalian ölkədə qanunsuz xaşxaş əkini ilə bağlı narahatedici artımın müşahidə olunduğunu açıqlayıb.

Millət vəkili iyunun 6-da Mehr Agentliyinə verdiyi müsahibədə bildirib ki, Şimali Xorasan və Sistan-Bəlucistan da daxil olmaqla bəzi vilayətlərdə əkin sahələrinin azalması qeydə alınsa da, digər bölgələrdə artım tendensiyası davam edir. Onun sözlərinə görə, bəzi ərazilərdə fermerlər ənənəvi kənd təsərrüfatı məhsulları əvəzinə xaşxaş əkininə üstünlük verməyə başlayıblar.

Cəmalian rəsmi statistikaya istinad edərək bildirib ki, ölkədə xaşxaş əkilən sahələrin həcmi 2023–2024-cü illərdəki təxminən 9 min 345 hektardan 2024–2025-ci illərdə təxminən 32 min hektara yüksəlib. Bu isə 246 faizlik artım deməkdir.

Parlament üzvü vurğulayıb ki, İranda xaşxaş əkini hələ də qanunla qadağandır və bu fəaliyyət üçün heç bir rəsmi icazə verilməyib.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar