SON XƏBƏRLƏR

CENTCOM: İrana qarşı müdafiə xarakterli əməliyyatları tamamladıq

2026.06.10, 06:15
CENTCOM: İrana qarşı müdafiə xarakterli əməliyyatları tamamladıq

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı həyata keçirilən əməliyyatın başa çatdığını açıqlayıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Donald Trampın göstərişi ilə həyata keçirilən “özünümüdafiə” əməliyyatlarının başa çatdığını bəyan edib.

CENTCOM-un yaydığı bəyanatda deyilir: “Qüvvələrimiz ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarələrindən və yüksək dəqiqlikli idarəolunan sursatlardan istifadə edərək Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və radar müşahidə mərkəzlərini hədəfə alıb.”

Bəyanatda bildirilib ki, əməliyyat ABŞ ordusuna məxsus “Apache” hücum helikopterinin vurulmasına cavab olaraq həyata keçirilib və “İranın əsassız və təcavüzkar hərəkətlərinə uyğun cavab” olub.

CENTCOM həmçinin vurğulayıb ki, ABŞ qüvvələri tam döyüş hazırlığı vəziyyətində qalır.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar