SON XƏBƏRLƏR

İranın hava nəqliyyatı sektorunda yüzlərlə nəfər işsiz qalıb

2026.06.10, 21:33
İranın hava nəqliyyatı sektorunda yüzlərlə nəfər işsiz qalıb

Uçuşların azalması aviaşirkətlərdə geniş ixtisarlara səbəb olub.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, son müharibədən sonra uçuşların azalması və bəzi təyyarələrin sıradan çıxması İranın hava nəqliyyatı sektorunda yüzlərlə nəfərin işsiz qalmasına səbəb olub.

İLNA agentliyinin yaydığı məlumata əsasən, Tehran şəhərində fəaliyyət göstərən aviaşirkətlərdə çalışan təxminən 1500 uçuş bələdçisindən 400-ə yaxını son aylarda işini itirib. Məlumata görə, aviaşirkətlər azalan uçuşlar və artan xərclər səbəbindən işçi sayını azaltmağa başlayıblar.

Eyni zamanda, İranın hava donanmasına dəyən zərərlə bağlı fərqli rəqəmlər açıqlanır. Bəzi rəsmilər 20-yə yaxın təyyarənin zədələndiyini bildirsələr də, digər mənbələr bu sayın 50-yə yaxın olduğunu qeyd edirlər.

Mütəxəssislər hesab edirlər ki, təcrübəli və təlim keçmiş işçilərin bu sahədən uzaqlaşması gələcəkdə hava nəqliyyatı sektorunun bərpasını çətinləşdirə bilər.

Məlumatlara görə, işini itirən bir çox uçuş bələdçisi dolanışığını təmin etmək üçün taksi xidmətlərində və digər xidmət sahələrində çalışmağa məcbur olub.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar