SON XƏBƏRLƏR

Qəzvinli cütlük prokurorluğa çağırılıb

2026.06.11, 09:26
Qəzvinli cütlük prokurorluğa çağırılıb

Hazırda həbsdə olan qəzvinli fəal Suri Babai Çegini və həyat yoldaşı Məhəmmədrza Murad Behruzi İnqilabi Prokurorluğunun 1-ci istintaq şöbəsinə çağırılıblar.

Gunaz.tv

Bu barədə onların yaxınları məlumat yayıb.

Onlara göndərilən çağırış məktubunda 5 gün ərzində prokurorluğun adı çəkilən bölməsində olmaları istənilib.

Fəallar "milli təhlükəsizliyə zidd olaraq şəbəkələrə, media nümayəndələrinə, sosial media və ya xarici kanallara video, şəkil və məlumat göndərmək", "İsrail, düşmən ölkələr, düşmən qruplar və ya onlarla əlaqəli hər hansı bir qurum üçün milli təhlükəsizliyə zidd olan hər hansı bir əməliyyat və kəşfiyyat fəaliyyəti" göstərməkdə günahlandırılıblar.

Qeyd edək ki, Suri Babai Çegini yanvarın 6-da etiraz aksiyasında həbs saxlanılıb və "rəhbəri təhqir etmək" və "hökumətə qarşı təbliğat ittihamalrı ilə 3 il həbs cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar