SON XƏBƏRLƏR

Fidan: "Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi" mühüm əhəmiyyətə malikdir

2026.06.11, 14:32
Fidan: "Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizi" mühüm əhəmiyyətə malikdir

"Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" "yaşıl enerji dəhlizi"nin yaradılması regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Gunaz.tv

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə birgə mətbuat konfransında bildirib.

O, həmçinin energetikanın Türkiyə ilə Bolqarıstan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb: "Münasibətlərimiz hər il genişlənir, şaxələnir və dərinləşir".

"Ötən il Bakıda Azərbaycan və Gürcüstanın iştirakı ilə "yaşıl elektrik enerjisi"nin ötürülməsi və ticarəti sahəsində əməkdaşlıq haqqında imzalanmış memorandum enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, həmin il imzalanmış elektrik enerjisi və enerji səmərəliliyi sahəsində əməkdaşlıq memorandumu sayəsində Bolqarıstanla enerji sahəsində əməkdaşlığımıza təkan veririk", - Fidan qeyd edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar