SON XƏBƏRLƏR

İran dörd pilotun taleyini bilmir

2026.06.12, 20:18
İran dörd pilotun taleyini bilmir

İran: Qətərə hücum edən pilotların taleyindən xəbərimiz yoxdur!

Gunaz.tv

İrana məxsus dörd pilotun taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Gunaz TV-nin məlumatına görə, İran Ordusunun Koordinasiya üzrə müavini Həbibullah Səyyari dövlət televiziyasına müsahibəsində son müharibə zamanı Qətərə hücumda iştirak edən pilotların taleyi barədə məlumatlarının olmadığını etiraf edib.

Admiral Səyyari cümə axşamı axşamı yayımlanan müsahibəsində Qətərdəki ABŞ-ın Əl-Udeyd bazasına hücum edən İran Hərbi Hava Qüvvələrinə məxsus bir və ya bir neçə Su-24 qırıcısının pilotlarından danışıb.

Səyyarinin sözlərinə görə, əməliyyatda iştirak edən dörd pilotun taleyi hələ də naməlum olaraq qalır və onların vəziyyəti barədə indiyədək heç bir məlumat açıqlanmayıb.

SEPAH-ın daha əvvəl yaydığı bəyanatlara əsasən, Qətərdə yerləşən Əl-Udeyd bazası ötən ilin son müharibəsinin ilk həftəsində bir neçə dəfə İranın raket hücumlarının hədəfi olub.

Bununla belə, indiyədək Əl-Udeyd bazasına qarşı hücumda Rusiyanın istehsalı olan Su-24 qırıcılarından istifadə edilməsi barədə heç bir məlumat yayılmamışdı. Səyyarinin son açıqlamaları belə bir əməliyyata dair ilk rəsmi etiraf hesab olunur.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar