SON XƏBƏRLƏR

Canlı yayımda gözlənilməz an; Güney Azərbaycanın səsi dünya çempionatında

2026.06.14, 10:40
Canlı yayımda gözlənilməz an; Güney Azərbaycanın səsi dünya çempionatında

Türkiyə–Avstraliya oyununda Güney Azərbaycanın mübarizə bayrağı nümayiş etdirildi.

Gunaz.tv

2026-cı il Dünya Çempionatı çərçivəsində keçirilən Türkiyə–Avstraliya qarşılaşmasında Güney Azərbaycanın mübarizə bayrağı tribunada nümayiş etdirilib.

Kanadanın Vankuver şəhərində baş tutan görüş zamanı stadiondan yayımlanan ilk canlı görüntülərdə Güney Azərbaycandan olan bir türk tərəfindən tribunada qaldırılan Güney Azərbaycanın mübarizə bayrağı milyonlarla tamaşaçının diqqətinə çatıb.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və böyük maraq doğurub. Beləliklə, oyunun canlı yayımı vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla insan Güney Azərbaycanın bayrağı ilə tanış olub.

Bu hadisə Güney Azərbaycan milli kimliyinin və Güney Azərbaycan məsələsinin beynəlxalq arenada gündəmə gətirilməsinin növbəti nümunəsi kimi qiymətləndirilir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar