SON XƏBƏRLƏR

Qəzvinli təqaüdçülər etiraz aksiyası keçirdilər

2026.06.15, 09:59
Qəzvinli təqaüdçülər etiraz aksiyası keçirdilər

Qəzvin şəhərində Sosial Təminat təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda "İlna" məlumat yayıb.

Narazı təqaüdçülər şəhərin Sosial Təminat İdarəsinin qarşısına toplaşaraq, tələblərinin yerinə yetirilməsini istəyiblər.

Onlar Sosial Təminat Qanununun 96 və 54-cü maddələrinin tətbiq edilməməsini təqaüdçülərin hüquqlarının kobud şəkildə pozulması hesab etdiklərini bəyan ediblər. 

35 illik sığorta keçmişləri olduğunu bildirərək, onlar 89-cu maddənin çıxarılmasını tələb edib və 54-cü maddənin tətbiq edilməməsinin əlavə sığorta adı altında əlavə xərclərə səbəb olduğunu bildiriblər.

GünazTV  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar