SON XƏBƏRLƏR

İran sərhədçiləri yeniyetmə bəlucu öldürdü

2026.06.16, 11:29
İran sərhədçiləri yeniyetmə bəlucu öldürdü

İran sərhədçiləri Əfqanistanla sərhəd Zabol bölgəsində 17 yaşlı Seyyid Yusif Haşimi adlı şəxsə atəş açaraq öldürüblər.

Gunaz.tv

Bu haqda Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, güllələnən yeniyetmə əslən Zahidan şəhərindən olsa da, şəxsiyyət vəsiqəsi olmadığı üçün Əfqanistana deport edilib və o evlərinə qaçaq yolla qayıtmaq istədiyi vaxt öldürülüb.

Onun meyitinin iki gün ailəsinə verilmədiyi, məsələnin ictimailəşdirilməsindən sonra dəfn mərasiminə icazə verildiyi bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar