SON XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir

2026.06.16, 18:53
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir

Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib.

Gunaz.tv

Müdafiə Nazirliyindən verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər iştirakçı dövlətlərdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Qeyd olunub ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç tərəfdaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyən bu təlim, bölmələrin döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar