SON XƏBƏRLƏR

Təbriz İnqilab Məhkəməsi Güney Azərbaycanlı Ehsan Xudadadini edama məhkum edib

2026.06.17, 10:13
Təbriz İnqilab Məhkəməsi Güney Azərbaycanlı Ehsan Xudadadini edama məhkum edib

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi Məlikan (Məlikkəndi) rayonundan olan Ehsan Xudadadini “yer üzündə fitnə-fəsad törətmək” (ifsad fil-ərz) ittihamı ilə edam cəzasına məhkum edib.

Gunaz.tv

Daxil olan məlumatlara görə, hökm iyunun 15-də çıxarılıb və bazar ertəsi günü məhbusa bildirilib.

Ehsan Xudadadi Məlikkəndi rayonuna bağlı Yüzbaşıkəndi kəndinin sakinidir. O, 2025-ci il iyunun 17-də təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Bildirilir ki, Xudadadi saxlanıldıqdan sonra aylarla ağır dindirmələrə və məcburi etiraf almaq məqsədilə işgəncələrə məruz qalıb, daha sonra isə Təbriz Mərkəzi Həbsxanasına köçürülüb. Təbriz İnqilab Məhkəməsinin onu məhz həmin dindirmələr zamanı alınmış ifadələrə əsaslanaraq edam cəzasına məhkum etdiyi bildirilir.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar