SON XƏBƏRLƏR

ABŞ: Trampın məqsədi Rza Pəhləvini hakimiyyətə gətirmək olmayıb

2026.06.17, 17:19
ABŞ: Trampın məqsədi Rza Pəhləvini hakimiyyətə gətirmək olmayıb

Gunaz.tv

ABŞ vitse-prezidenti Cey Di Vens İran hakimiyyətinin dəyişdirilməsinin Vaşinqtonun məqsədi olmadığını bildirib.

Gunaz TV-nin məlumatına görə, Cey Di Vens Tehran və Vaşinqton arasında əldə olunan razılaşma ilə bağlı son açıqlamasında vurğulayıb ki, Donald Trampın İrana qarşı hərbi və siyasi addımlarının məqsədi Rza Pəhləvini hakimiyyətə gətirmək və ya İranda rejim dəyişikliyi həyata keçirmək olmayıb.

Vens çərşənbə axşamı, 26 xordadda Meqan Kelli ilə müsahibəsində deyib: “Donald Tramp heç vaxt deməyib ki, onun addımlarının məqsədi İranda Rza Pəhləvini hakimiyyətə gətirməkdir.”

O əlavə edib: “Donald Trampın dediyi bu idi ki, əgər İran xalqı ayağa qalxıb və öz hakimiyyətinə qarşı çıxıbsa, bu yaxşıdır. Ancaq onun əsas məqsədi İranın nüvə fəaliyyətləri ilə bağlı əminlik əldə etmək idi; istər diplomatik yolla, istərsə də müharibə yolu ilə. Nəticədə isə ikinci yol baş verdi.”

Bu açıqlamalar Trampın atəşkəsdən sonra da İranda rejim dəyişikliyini dəstəkləmədiyini bildirməsinin ardınca səsləndirilib. ABŞ prezidenti hesab edir ki, belə dəyişikliklər xaricdən deyil, cəmiyyətin öz daxilindən baş verməlidir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar