SON XƏBƏRLƏR

Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb

2026.06.18, 09:39
Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb

ABŞ ilə İran arasında anlaşma memorandumunu hər iki ölkənin prezidenti elektron qaydada imzalayıb.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai məlumat verib.

ABŞ Prezidenti Donald Tramp da Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalandığını təsdiq edib. "Bəli, o imzalanıb", - deyə Birləşmiş Ştatların rəhbəri Fransa Prezidenti Emmanuel Makronla Versal sarayındakı görüşündən sonra bildirib.

"Mən onu Versalda imzaladım", - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, daha öncəki açıqlamasında Bəqai ABŞ-la anlaşma memorandumunu İran və ABŞ prezidentlərinin imzalaya biləcəyini bəyan etmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar