SON XƏBƏRLƏR

ABŞ İrana qarşı dəniz mühasirəsinin dayandırıldığını elan etdi

2026.06.18, 18:30
ABŞ İrana qarşı dəniz mühasirəsinin dayandırıldığını elan etdi

ABŞ İran limanlarına tətbiq edilən dəniz məhdudiyyətlərinin ləğvinə başladığını açıqladı.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prezidentin göstərişi ilə İranın limanları və sahil bölgələrinə qarşı tətbiq edilən dəniz mühasirəsinin dayandırıldığını bəyan edib.

CENTCOM-un X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, bundan sonra Fars körfəzi və Oman dənizində İran limanlarına gedən və ya bu limanlardan çıxan gəmilərin hərəkətinə heç bir maneə yaradılmayacaq və dəniz mühasirəsi ilə bağlı bütün tədbirlər dayandırılıb.

Bununla yanaşı, ABŞ hərbi qurumu qeyd edib ki, Amerika hərbi gəmiləri bölgədə qalmağa davam edəcək. Məqsəd İran və ABŞ arasında əldə olunmuş razılaşmanın icrasına nəzarət etmək və tərəflərin öhdəliklərinə əməl etməsini təmin etməkdir.

Çərşənbə gecəsi imzalanan Tehran–Vaşinqton memorandumuna əsasən, ABŞ razılaşmanın imzalanmasından dərhal sonra dəniz mühasirəsinin aradan qaldırılması prosesinə başlayıb və 30 gün ərzində bütün məhdudiyyətləri tam ləğv etməyi öhdəsinə götürüb.

Bunun qarşılığında İran da eyni müddət ərzində Hörmüz boğazında gəmi hərəkətini bu strateji su yolunun bağlanmasından əvvəlki səviyyəyə qaytarmalıdır.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar